Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minsk şəhərində Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
A.M.