Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.
1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az