Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda NATO-nun təlim kursu keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "Təlim və məşq kursu" keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda. NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesinə dair müxtəlif mövzular tədris edilib.
Kursun yekununda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinq təqdim olunub.
Çıxış edənlər Azərbaycanla NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, keçirilən kursun əsas məqsədi NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesini dinləyicilərə aşılamaqdan ibarətdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb
- Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir
- Odlu silahdan açılan atəşdən ölən hərbi qulluqçumuz akademiyanın məzunu olub
- 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib
- Zakir Həsənov Xankəndidə müşavirə keçirib, şərti sərhəddə əməliyyat şəraiti təhlil olunub
Rəylər