Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kanada ölkədə qadağan olunmuş odlu silahları Ukraynaya verə bilər
Kanada ölkədə daha 324 odlu silah modelinin satışını qadağan edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə hökumətin saytında dərc olunmuş press-relizdə məlumat verilib.
"Kanada hökuməti Ukrayna hökuməti qarşısında işgüzar dairələrlə əməkdaşlıq etmək öhdəliyini götürüb ki, bu və ya daha əvvəllər qadağan olunmuş digər silahlardan Ukraynada demokratiya uğrunda mübarizəni dəstəkləmək üçün necə istifadə edilə biləcəyini müəyyən etsin. Bunlar hərbi təyinatlı silahlardır və Ukrayna NATO kalibrli silahlara maraq göstərib", - deyə mətndə qeyd edilib.
Hakimiyyət silahdan istifadə ilə zorakılığa qarşı mübarizə üçün bu modelləri qadağan etmək qərarına gəlib. İndi bu silahlar qanuni olaraq əldə edilə, ölkədə satıla və ya idxal edilə bilməz. Daşınması ancaq istisna hallarda mümkün ola bilər.
"Kanada" teqi üzrə xəbərlər
- Kanada ABŞ-yə "müharibə elan edir"? - Baş nazir postuna namizəd görünməmiş tədbirlərlə təhdid etdi
- Kanadada İran rəsmilərinin mülkləri əllərindən alınır
- "Haber Global"da Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib
- Kanada İrandan Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini tələb edib
- ABŞ-li aparıcıdan maraqlı ifadə: "Kanadanı işğal etmək istəyirəm"
Rəylər