Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sen-Marten gəncləri: "Müstəmləkəçilik vətənimizdə gələcək qurmağımıza mane olur"
"Müstəmləkəçilik Sen-Martendə gənclərin inkişafına mane olur".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi "Fransa və Niderlandın Sen-Martendə müstəmləkə idarəçiliyi - bir ada, bir xalq, bir tale" adlı tədbirində "One St. Martin Association" Gənclər Təşkilatının üzvü Yadiska Van Putten bəyan edib.
O, Fransa və Niderland arasında bölünmüş Sen-Martendə gənclərin üzləşdiyi problemlərdən danışıb.
"Yerli məktəb məzunları metropoliya iqtisadiyyatına xidmət etmək üçün Fransa və ya Niderlanda köçməyə hazırlanırlar. Bu tələbələr evə qayıtmağa çalışanda isə onların məşğulluq təminatı yoxdur, yüksək vəzifələr tuta bilmirlər və ya sadəcə, inkişaf perspektivi olmayan bir işdə qalırlar", - deyə fəal vurğulayıb.
Y.V.Puttenin fikrincə, problemin həlli yolu, Azərbaycanın etdiyi kimi, Sen-Martenin müstəqillik uğrunda mübarizəsindən keçir.
Y.V.Putten ümid edir ki, Bakı Təşəbbüs Qrupu kimi böyük təşkilatların dəstəyi adadakı vəziyyətə daha çox diqqət cəlb etməyə və "One St. Martin" hərəkatını gücləndirməyə kömək edəcək.
Rufina Abdullayeva
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- Nikolay Patruşev: "Fransanın dənizaşırı əraziləri onlara müstəmləkə münasibətindən yorulub"
- Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: "Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə"
- KİV: Reyunyon adasındakı vəziyyət Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"