"Belçikanın müstəmləkəçilik siyasətinin əsas nəticələrindən biri Konqonun iqtisadi və sosial böhranla üzləşməsi olub".
Oxu.Az xəbər verir ki, bu fikirləri Konqonun UNESCO üzrə Milli Komissiyasında Gənclər Proqramları üzrə köməkçisi Ester Kile Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, həmin dövrdən etibarən ölkədə xaricdən asılı və xaricəyönümlü iqtisadi sistem formalaşıb:
"Bu sistem bu günə qədər həmin dövrdə yaradılmış resursların istismarına əsaslanır. Cəmiyyətin qütbləşməsi, irqi ayrı-seçkilik və qərəzlər, o cümlədən kolonial idarəçilərlə yerli əhali arasındakı münasibətlər də bu dövrün nəticələrindəndir. Çoxsaylı vətəndaşın hüquqlarının məhdudlaşdırılması bərabərlik prinsipinə hörmətin itirilməsinə səbəb olub. Bu vəziyyətin izlərini bu gün də aydın şəkildə görmək mümkündür. Tarixin qorunması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi üçün Konqoya dəstək lazımdır".
Onun sözlərinə görə, keçmişi dəyişə bilməzlər, lakin gələcəkdə dəyişiklik üçün düzgün istiqaməti seçilməlidir.