Noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad təşkil olunacaq.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
PhotoStock.az-ın əməkdaşları hərbi parada hazırlıqla bağlı fotoreportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.az