Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və İsmət Yılmazı qəbul edib.
Oxu.Az Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər üçtərəfli əməkdaşlığın gücləndiriləcəyinə ümidvar olduqlarını bildirərək qeyd ediblər ki, bu əməkdaşlıq regionda təhlükəsizliyin gücləndirilməsinə töhvə verəcək.
“Bildiyim qədər, siz məhsuldar görüş keçirmisiniz. Bizim birliyimiz olduqca vacibdir və mən şadam ki, hər üç dövlət sözün əsil mənasında dost və tərəfdaşdır”,- İrakli Qaribaşvili deyib.
Baş nazir həmçinin Azərbaycan və Türkiyə müdafiə nazirlərininə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstklədiklərinə görə minnətdarlığını bildirib.