Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyevlə vida mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.