Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Birinci Qarabağ müharibəsində şəhid olan Akif Abbasov Gəncədə dəfn olundu
Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 31 ildən sonra kimliyi müəyyənləşdirilən Akif İlyas oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib.
APA xəbər verir ki, Daşkəsən rayonunun Əhmədli kənd sakini olan şəhidlə həmin kənddə vida mərasimi keçirilib.
Sonra şəhid Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, şəhid Akif İlyas oğlu Abbasov 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən şəhid olub.
Akif Abbasov Bərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib