Bu gün Cəbrayıl rayonunun daha üç kəndinin işğaldan azad olunduğu gündür.
Oxu.Az-ın xəbərinə görə, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 5 oktyabr 2020-ci ildə yaydığı “Twitter” ilə daha üç kəndin – Şıxalıağalı, Sarıcallı və Məzrə kəndlərinin düşməndən azad olunduğunu elan edib.
Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 5, 2020
Şıxalıağalı Cəbrayıl rayonunun Şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xanın Zəngəzurdan (əsasən, indiki Zəngilan rayonunun Ağalı kəndindən) köçürdüyü ailələrin məskunlaşması nəticəsində yaranıb. Şıxalı ağa adlı şəxs bu ailələrin başçısı olub. Kənddə şıxalıağalı nəsli ilə yanaşı, alıyarlı, əbilqasımlı, həsənalıbəyli nəsilləri də yaşayıb.
Xatırladaq ki, ötən il bugünkü tarixədək Cəbrayıl rayonunun 16 kəndi – Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləri və Cəbrayıl şəhəri işğaldan azad olunub.
Səbuhi Musayev