Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qondarma “məhkəmə” prosesi başa çatmaq üzrədir.
Oxu.Az-ın məlumatına görə, bu gün “məhkəmədə” “prokuror” qismində çıxış edən Karen Qabrielyan Dilqəm Əsgərova ömürlük həbs cəzasının verilməsini, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.