Ermənilər işğal altında olan Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində quru otlara od vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, işğalçılar Xocavənd rayonunun adsız yüksəkliklərində yanğın törədiblər.
Alov Ağcabədi və Ağdamın cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunur. Hazırda alov küləyin təsiri ilə geniş ərazilərə yayılır.
E.Ə.
www.oxu.az