Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənilərin təhqirlərinə cəsarətlə cavab verən yaralı azərbaycanlılar sağdırmı? - VİDEO
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi hərbi əsirlər Amin Musayev və Bayram Kərimov barədə hər hansı bir informasiya təqdim etməkdən imtina edib.
Nümayəndəliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Oxu.Az-a açıqlamasında hərbi əsirlərin yerləri barədə heç nə deyə bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı bütün informasiya yalnız onların ailə üzvlərinə veriləcək.
Xatırladaq ki, Noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) Rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.
Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov əsir düşən hərbçilərimizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.
Ramella İbrahimxəlilova
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
Rəylər