Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanın almaq istədiyi Hindistan ATAGS-i nəyə qadirdir? - Türkiyəli ekspertdən AÇIQLAMA
Hindistan Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sudjan Çinoy verdiyi açıqlama İrəvanın Nyu-Dehlidən 155 mm-lik ATAGS artilleriya qurğularını almaq istədiyini bildirib.
ATAGS toplarının texniki xüsusiyyətləri və döyüş qabiliyyəti barədə Oxu.Az-a danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadık Akyar bəhs olunan addımın Ermənistan ordusunun atış gücünü artıracağını bildirib:
"Hindistan müdafiə sənayesi şirkətləri 2000-ci illərin əvvəllərindən etibarən ATAGS toplarında modernizasiya işləri aparmağa başladı. Ermənistanın Hindistandan almaq istədiyi 155 mm-lik ATAGS topları sözügedən prosesin nəticəsində istehsal olunmağa başladı. Bunlar Qərbdə istifadə olunan ekvivalentlərindən daha üstündür. Mərmilərin dəyişdirilməsi şərtilə atış mənzili 48-50 km arasındadır. Tək zəif göstəricisi isə qoşqulu top olmasıdır. Əvvəl Ermənistan hərbi maşının üzərinə montaj olunmuş topları almaq istəyirdi. Görünən odur ki, məqsəd bunlardan daha çox dağlıq ərazilərdə istifadə etməkdir. Uzun atış mənzilinə görə 155 mm-lik ATAGS-in qoşqulu olmasını görməzdən gəlirlər. Aktiv müharibə şəraitində belə artilleriya qurğularından istifadə əlverişsizdir. Sayına bağlı olaraq ATAGS-lərin alınması Ermənistan ordusunun atış qabiliyyətini gücləndirəcək. Çünki bir nöqtədə sabit dayana bilir və cəbhə xəttinin arxasından hədəfləri vurulmasında istifadəsi mümkündür. Xüsusilə son günlər Naxçıvan istiqamətində təxribatların mütəmadi xarakter alması bizə Ermənistanın yaxın gələcəkdə ATAGS-ləri yerləşdirə biləcəyini göstərir".
Polkovnik Azərbaycan Ordusunun ata biləcəyi adekvat addımlardan da danışıb:
"Azərbaycan Silahlı Qüvvələri Türkiyə istehsalı olan "Fırtına" haubitsalarından istifadə ilə Ermənistanın ATAGS-lərdən atış gücünü məhdudlaşdıra bilər. Türkiyə ilə Azərbaycan arasında həm müdafiə sənayesi, həm də təhlükəsizlik sahəsində mövcud olan güclü əməkdaşlıq buna imkan verir. Digər tərəfdən bu toplar qoşqulu olduğu üçün hansısa bir təhlükəli vəziyyətdə onlar Azərbaycan Hava Qüvvələri və Ordusunun balansında olan silahlı PUA-lar vasitəsilə vurula bilər".
Söhrab İsmayıl
"Dron - Pilotsuz uçuş aparatı (PUA)" teqi üzrə xəbərlər
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Günlərdir sakinlərin təlaşına səbəb olan sirli dronlar barədə Pentaqondan qeyri-adi cavab
- Ukrayna PUA-sı Qroznıda "OMON"un bazasına hücum edib
- ABŞ-də gecələr səmada peyda olan dronların sirri hələ də açılmayıb: Sakinlər təlaşda
- DSX "Vətəndaş A"nın dronunu vurub?
Rəylər