Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanla sərhəddə təxribat: Azərbaycan vətəndaşı mülki şəxs həlak oldu
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı olub.
DSX-dən Oxu.Az-a verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.
Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
"DSX" teqi üzrə xəbərlər
- DSX hərbçilərinin xidmət apardığı Subsaksiz yüksəkliyindən FOTOREPORTAJ
- Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər
- Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsilə müşahidə olunur
- DSX generalı: "Son 7 ildə dəyəri 162 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb"