Gəncə sakini Elnarə Tağıyeva şəxsi təşəbbüsü ilə yaratdığı muzeydə Azərbaycan torpaqları uğrunda döyüşdə şəhid olan və yaralanan əsgərlərin şəxsi əşyalarını toplayıb.
Oxu.Az-ın müxbiri bu barədə sözügedən muzeydən hazırladığı reportajında danışır.
“Qarabağ İgidləri Muzeyi” E.Tağıyeva tərəfindən 1992-ci ildə yaradılıb.
Reportajda vurğulanır ki, burada işğalçıya qarşı döyüşlərdə şəhid olan və ya yaralananların şəxsi əşyaları toplanır.
O, 28 il ərzində burada ümumilikdə 3000-dən çox eksponat toplaya bilib.
Təfərrüatlar videoda təqdim olunub.