Aprelin 7-də Bakı şəhərində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması konfransı, aprelin 8-dən iyunun 10-dək ABŞ-ın San Antonio şəhərində ABŞ Quru Qoşunları Kollecində "Komanda və Qərargah" kursu keçiriləcək.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.