Baş verən hadisələr Ermənistanın siyasi rəhbərinin acizliyindən və çarəsiz vəziyyətdə olduğundan xəbər verir.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ermənilər riyakarlıqlarını göstərməklə mülki vətəndaşlara xələl yetirirlər:
“Onların atdığı raketlər havadaca məhv edilib, amma bəziləri sistemdən çıxaraq mülki əhaliyə zərər törədib. Onlar qəsdən mülki insanlara xələl yetirirlər”.
“Bu vandalizmdir. Mülki əhaliyə qarşı bu cür hərəkət edilməsində birbaşa məsuliyyəti Ermənistan Baş naziri, Müdafiə naziri və qondarma rejimin rəhbərləri daşıyırlar”, - deyə H.Hacıyev əlavə edib.
İlhamə Əbülfət