“Bir neçə dəqiqə əvvəl Azərbaycanın Bərdə şəhəri ağır artilleriya atəşinə tutulub. Yaralananlar və ölənlərin kimliyi müəyyənləşdirilir. Dünən isə Bərdədə biri azyaşlı olmaqla, dörd nəfər həlak olub. Eyni zamanda, 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Təəssüf ki, yenidən insanlıq əleyhinə olan terror aktına şahid olduq”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
14:06
Ermənistan Silahlı Qüvvələri Tərtərə raket hücumlarından sonra indi də Bərdəni raket atəşinə tuturlar.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, Paşinyan rejimi dünən insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb.
“Ermənistan hərbi işğala son qoymalıdır”, - deyə H.Hacıyev vurğulayıb.
Now: following missile attacks to Tartar armed forces of Armenia firing rockets to Barda. No lessons learned from yesterday's killing of civilians with cluster weapons. Armenia must end it's military occupation and #WarCrimes
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 28, 2020
Update: Armenia used again Smerch missiles against Barda. Casualties among civilians are reported. Such delibarate WarCrimes of Armenia are deplorable.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 28, 2020