Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcma: Ermənistanın Qarabağdakı abidələri “bərpa” etmək planlarının arxasında çirkin məqsədlər durur
“Azərbaycan Respbublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:
“Son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır.
Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də XVIII əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını “bərpa” etməyi planlaşdırır.
KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur.
Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidəmiz erməni təcavüzünün qurbanı olub. Bu abidələrin bir qismi tamamilə yer üzündən silinib. Qalan abidələr isə yararsız vəziyyətə salınıb.
Ermənistan torpaqlarmızı işğal etmək, xalqımızı soyqırıma məruz qoymaq, minlərlə insanı öz yurdundan didərgin salmaqla yanaşı, həm də tarixi abidələrmizi məhv edir. Hazırda Ermənistan bu ləkəni öz üzərindən silmək üçün yalançı və saxta “təmir-bərpa” işləri aparır.
Ermənistanın bu abidələri “bərpa” etmək planlarının arxasında duran çirkin məqsədlər təkcə bizi deyil, həm də beynəlxalq təşkilatları düşündürməlidir. Çünki bu tendensiyanın yayılması dünya mədəni-tarixi mirası üçün təhlükədir.
İşğal altında olan ərazilərimizdəki bütün abidələr ata-babalarmız tərəfindən ucaldılıb, bu abidələrin üzərində əcdadlarımızın əl izləri yaşayır. Ermənistanın işğalına son verildikdən və torpaqlarmıza geri qayıtdıqdan sonra, bizə miras qalan abidələrmizə yenidən həyat bəxş etmək bizim əsas vəzifəmizdən biri olacaq.
Bütün bunlar Ermənistanın UNESCO qarşısında götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, bu ölkənin riyakar xislətini, beynəlxalq ictimaiyyəti aldatmaq, öz vandalizim əməllərinə mədəni-sivil don geyindirmək cəhdidir”.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Rəylər