İranın müdafiə naziri, ordu generalı Hüseyn Dehqan bu gün Bakıya gəlib.
Oxu.Az İranın Mehrnews agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov iranlı həmkarını nazirliyin binasında rəsmi mərasimlə qarşılayıb.
Səfər çərçivəsində Dehqanın Azərbaycan prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla görüşü nəzərdə tutulur.
Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.