Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə İsveçin XİN rəhbəri Margot Vallström Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ilə fevral ayının 9-da İrəvanda müştərək mətbuat-konfransında bildirib.
İsveç naziri vurğulayıb ki, vəziyyətin gərginləşməsinə yol verməmək üçün əldən gələn hər şeyi etmək lazımdır.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun rəhbərliyi altında bu münaqişənin həlli yolunu tapmaq üçün səy göstərmək lazımdır.
“Tərəfləri münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində işləməyə çağırırıq”, - nazir bəyan edib.