Bu gün İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına işgüzar səfərə gəlir.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Marqot Vallströmün Azərbaycana rəsmi səfəri fevralın 10-dək davam edəcək.
Səfər çərçivəsində Marqot Vallströmün sabah Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.