Məşhur İsveçrə mesenatı, “Frank Müller” şirkətinin sədri Vardan Srmakeş Ermənistanın baş naziri Ovik Abramyan ilə görüşdə Dağlıq Qarabağın işğalçı rejiminin iqtisadiyyatına sərmayə yatırmaq arzusunu bildirib.
Bu barədə Oxu.Az Novosti Armeniya-ya istinadən xəbər verir.
Xatırladaq ki, İsveçrə mesenatı “Starı Yerevan” proqramını maliyyələşdirir, onun həyata keçirilməsinə 150 milyon pul yatırılıb.
O.Abramyan ilə görüşdə V.Srmakeş Qarabağın işğal edilmiş ərazisində iqtisadiyyatın inkişafı üzrə konkret investisiya proqramlarını müzakirə edib.
E.Ə.
www.oxu.az