Son dərəcə sıx mədəni əlaqələrimiz var. Münasibətlərimiz çox sürətlə inkişaf edir.
Oxu.Az xəbər verir ki, bunu türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə görüşdə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva Rusiyaya qarşı kampaniyalara qoşulmayan tərəfdaşlarını yüksək qiymətləndirir.
“Dünya bir dönüş nöqtəsindədir. İkiqütblü dünyadan çoxqütblü dünyaya keçid baş verir. Bu, obyektiv bir reallıqdır. Bəziləri müxtəlif kampaniyalar, şantajla buna qarşı çıxmaq istəyir. Bəzi qərbli tərəfdaşlarımız hətta diplomatiya mədəniyyətini itirmiş kimidirlər. Ölkələrin daxili işlərinə qarışılmamalıdr”, - deyə Lavrov bildirib.
Çavuşoğlu ilə keçirdiyi görüşü şərh edən Lavrov bildirib ki, tərəflər terror qruplaşmalarına qarşı mübarizə və İdlibdəki vəziyyəti müzakirə ediblər:
“Bundan başqa, Balkanlar, Ukrayna, Dağlıq Qarabağ problemlərini müzakirə etdik. Ölkələrimiz xarici siyasətdə strateji ortaqlığın formalaşması üçün addımlar atacaqlar”.
Lavrov: Qarabağı müzakirə etdik - VİDEO