Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər
Ötən ilin dekabrında Milanda Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasındakı görüşdən sonra Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu ilin yanvarında görüşəcəyi ilə bağlı anons verilib. Belə bir görüş olacaqmı? Yanvarın 8-i olmasına baxmayaraq, bu barədə dəqiq informasiyalar yoxdur.
Oxu.Az məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlamasında bildirilib ki, hazırda XİN rəhbərlərinin yanvarda görüşü ilə bağlı heç bir informasiya yoxdur. O əlavə edib ki, belə bir görüşün keçirilməsinin mümkünlüyü barədə hələ dekabrda məlumat verilmişdi.
Öz növbəsində, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu məsələyə münasibət bildirib:
“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyana bu ilin yanvarında görüşməyi təklif ediblər. Görüşlə bağlı razılıq əldə ediləndən sonra geniş məlumat veriləcək”.
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"