Almaniya kansleri Angela Merkel bəyan edib ki, Qarabağ münaqişəsinin nizamlanması, bütün tərəflərin məmnun qalması zaman tələb edəcək.
Bununla bağlı İnterfax-Azerbaijan məlumat yayıb.
“Qarşıda uzun yol var. Yalnız bir tərəfin məmnun qalması mümkün deyil. ATƏT-in Minsk qrupunun imkanlarından istifadə etmək lazımdır”, - A.Merkel cümə günü Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.