Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilib. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.
“METSL” tikinti şirkəti öz növbəsində Azərbaycan Ordusuna dəstək olaraq 10 min AZN məbləğində vəsait ianə edib.
Məlumat üçün qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.
Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!