Azərbaycanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiyanın Soçi şəhərinə yola düşüb.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.