Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin əldə edilməsi ilə bağlı razılıq aprelin 5-də Moskvada keçirilən danışıqlar zamanı əldə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, razılıq Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və erməni həmkarı general-polkovnik Yuri Xaçaturovun görüşü zamanı əldə edilib.