Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Paşinyan Lukaşenkodan izahat tələb edəcək
Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan izahat tələb edəcək.
Oxu.Az-ın “REGNUM” nəşrinə istinadən xəbərinə görə, noyabrın 12-də Lukoşenkonun Azərbaycanın Belarusdakı səfiri ilə görüşdə Ermənistanın eyni zamanda həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında sədrliyin öhdəsindən gələcəyinə şübhə etdiyini bildirməsi Paşinyanın narazılığına səbəb olub.
Paşinyan jurnalistlərlə görüş zamanı bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapalı iclasında edilmiş müzakirələrin təfərrüatı barədə bu ittifaqa daxil olmayan ölkələrin nümayəndələri ilə danışmamalı idi.
"Ermənistan" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqası: Gürcüstan - Ermənistan matçından sonra tribunalarda iğtişaşlar baş verib
- Ermənistanda yüksəkvəzifəli şəxsin ərinin qazdoldurma məntəqəsində atışma olub
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"