Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paşinyan öz qorxularını özü göstərir - ŞƏRH
Ermənistan baş nazirinə baxanda və onun boş sözlərinə qulaq asanda belə bir fikrə gəlmək olar ki, o, adi boşboğazdır.
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Ü.Cəfərovun sözlərinə görə, beş aydan çox vaxt ərzində bu siyasətçi özünü o qədər biabır edib və gözdən salıb ki, nə vaxtsa onun haqqında erməni tarixçilər və siyasətçilər elmi əsərlər yazacaqlar.
“Elə gün yoxdur ki, Azərbaycanla bağlı danışmasın. Əvvəlcə Azərbaycandan Dağlıq Qarabağ münaqişəsi ilə tanış olmaq üçün vaxt istəyir, bir neçə saat sonra tamamilə fərqli açıqlama verir. İndi Paşinyan Azərbaycanı KTMT-yə buraxmamaqla “təhdid edir”, - ekspert bildirib.
Müsahibimiz hesab edir ki, bu, Paşinyanın qorxusundan xəbər verir.
“Birincisi, Azərbaycan rəsmi olaraq KTMT-yə üzvlüklə bağlı heç bir açıqlama verməyib. Və hətta biz bu təşkilata üzv olmaq istəsək də, yazıq və bütün cəhətlərdən asılı olan Ermənistan buna qarşı çıxa bilməyəcək.
Güman ki, Yerevan Bakının təşkilata üzvlüyündən qorxur, çünki bu vəziyyət Ermənistanın KTMT-dəki vəziyyətini sarsılda bilər”, - Cəfərov qeyd edib.
Onun fikrincə, yaxşısı budur ki, Paşinyan öz siyasi və hərbi təhsilini artırmaqla məşğul olsun:
“Onun buna çox ehtiyacı var. Onun təhdidləri və ultimatumları Ermənistanda çətinliklə “qavranılır”. Az qorxmaq və narahat olmaq üçün Paşinyan xalqını ona hazırlamalıdır ki, yaxın vaxtlarda onlar işğal altındakı Azərbaycan torpaqlarını azad etməli olacaqlar. Buna qədər isə Paşinyan uydurmalarını davam etdirir və ona elə gəlir ki, bu, onda yaxşı alınır”.
“Ağlına gələni danışmağı məharətli dövlət idarəçiliyi adlandırmaq olmaz. Bu, sadəcə, faciədir. Yaxın vaxtlarda biz Ermənistanda çox maraqlı hadisələrin şahidi olacağıq. Onda baxarıq, Paşinyan və onun komandası hansı addımlar atacaq”, - müsahibimiz bildirib.
Ə.Ş.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"