Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu](https://images.oxu.az/2025/02/18/YO483dQS6e3CNcplgEKcCMLfTqVd1OxFpHK4FnmH:1200.webp)
Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Oxu.Az xəbər verir ki, məhkəmə prosesi zamanı Azərbaycana qarşı aparılmış təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktları sadalanıb.
Bunlar arasında general-mayor Polad Həşimov və yüksəkrütbəli zabitlərin şəhid olduğu fakt da yer alıb.
Onlara hansı istiqamətdən atəş açıldığı bəlli olub.
Bildirilib ki, 2020-ci il iyulun 14-də Ermənistanın Tavuş vilayəti Berd rayonu Movses kəndi ərazisində yerləşən mövqelərdən və ələ keçirilmiş "Ara postu" adlanan döyüş mövqeyindən iriçaplı artilleriyadan Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən "N" saylı hərbi hissəsinin müvafiq döyüş postunun yaxınlığında qurulmuş sığınacaq istiqamətində atəşlər açılıb, atılmış mərminin sığınacağa düşərək partlaması nəticəsində general-mayor Polad İsrayıl oğlu Həşimov, polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Namiq Hajan oğlu Əhmədov, mayor Anar Gülverdi oğlu Novruzov və gizir Yaşar Vasif oğlu Babayev qəsdən öldürülüb.
"Polad Həşimov" teqi üzrə xəbərlər
- Milli Qəhrəman Polad Həşimovun xatirəsi İkinci Şəhidlər xiyabanında anılıb
- Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun doğum günüdür
- Generalın xanımı: "Polad Həşimov qələbəni görmədi, amma əmin idi"
- Şəhid general-mayorun xanımı Polad Həşimovla ilk görüşlərindən DANIŞDI
- Polad Həşimovun həyat yoldaşına dövlət qurumunda vəzifə VERİLDİ