Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezidentin köməkçisi: “Son təxribatlar Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur” - VİDEO
“Azərbaycan Ermənistan tərəfindən heç bir mülki əhalini hədəfə almır. Yalnız hərbi hədəflərə istiqamətlənir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistanın vəhşiliklərinə ad tapmaq olmur:
“Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır. Ermənistanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir. Lakin biz görürük ki, Ermənistan bütün bu qanunları ayaqlar altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Hazırda da Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutur. Hətta Ermənistan öz ərazisindən də Azərbaycanın mülki əhalisini atəşə tutmaqla münaqişəni genişləndirməyə çalışır. Biz dünən bəyan etdik ki, müharibədə həlak olan ermənilərin cəsədlərini verməyə hazırıq, lakin bunun cavabında Ermənistan öz təxribatlarını davam etdirdi və mülki əhalimizi yenə də atəşə tutdu. Onlar bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutublar”.
H.Hacıyevin sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub:
“Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. Oktyabrın 18-də ikinci dəfə humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan öz xislətini göstərərək yenidən mülki əhalimizi atəşə tutub. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər