Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarksiyanın görüşündə Qarabağ məsələsi də müzakirə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə martın 28-də Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə üzrə komitəsinin sədri Leonid Slutski İrəvanda Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyası ilə birgə iclasında bildirib.
Dağlıq Qarabağ münaqişəsi – zərif və incə materiyadır. Danışıqlar ATƏT-in Minsk qrupu formatında keçirilir. Prezidentlər arasında üçtərəfli görüşlər formatı da var, o, əlavə edib.
2014-cü ilin avqustunda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə nizamlama məsələləri çox dərin müzakirə olunub, deyə, deputat qeyd edib.
“Əminəm ki, Vladimir Putinin İrəvana səfəri, Serj Azatoviçlə görüşü zamanı bu problem bir daha geniş müzakirə olunacaq”, - deyə, o, vurğulayıb.