Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Raket və artilleriya bölmələri şərti düşmənin hədəflərini məhv etdilər: ƏÜO-da təlimdən GÖRÜNTÜLƏR
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, növbəti komanda-qərargah təlimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Təlimə cəlb olunan bölmələr "Həyəcan" siqnalı ilə təlim rayonlarına çıxarılıblar, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər.
Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Odlu silahdan açılan atəşdən ölən hərbçimizin FOTOSU
- 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib
- Zakir Həsənov Xankəndidə müşavirə keçirib, şərti sərhəddə əməliyyat şəraiti təhlil olunub
- Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
Rəylər