Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əli Əsədov İƏİT İşçi Qrupunun sədri ilə görüşüb
Baş nazir Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.
Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi
- Türkiyənin vitse-prezidenti Azərbaycan baş nazirinə məktub ünvanlayıb
- AMEA-nın Naxçıvan bölməsi Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb
- Baş nazirdən dövlət agentliyində maaşlarla bağlı QƏRAR
- "Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları" təsdiqlənib