“Xocalı şəhəri 1992-ci ilin fevral ayında erməni ordusunun törətdiyi kütləvi qırğın yeri oldu. Yalnız əhalinin bir hissəsi bu qırğından xilas ola bilib. Sağ qalanlar isə günbəgün Ağdam şəhərinin morquna gedib, ağ plastik torbalara bükülmüş onlarla cəsəd arasından keçərək, itkin düşən yaxınlarını axtarırdılar”.
Bunu NARGIS jurnalına müsahibəsində dünya şöhrətli fotoqraf Reza Deqati deyib.
“Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı, ah-naləsi eşidilir...”, - o əlavə edib.
Dəhşətli erməni vandalizminin şahidi olan R.Deqati bildirib ki, onlar erməni əsgərlərinin vəhşiliklərinin nəticəsi olan bir cəsədə yavaş-yavaş, diqqətlə baxırdılar:
“... Şəkildəki bu qadın yenicə oğlunun və yoldaşının cəsədini tapmışdı. Axtarışda bu qadına kömək edən həkimin sözlərinə görə, onların gözləri diri-diri çıxarılmışdı”.
View this post on Instagram"Xocalı şəhəri" teqi üzrə xəbərlər
- İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar - Foto
- Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı
- Həsrət bitdi: Köç karvanları Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla çatdı, açarlar təqdim edildi - Foto - Video
- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur - Video
- Xocalının Seyidbəyli kəndində ilk toy: Qazi evlənir - FOTO
Digər xəbərlər