Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn istənilən təşəbbüsləri alqışlayır, ancaq münaqişə tərəfləri hər şeyi özləri razılaşdırmalıdır.
Oxu.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl verilən məlumatlarda Azərbaycanın Ermənistana əsirləri dəyişdirilmə təklifi etdiyi bildirilirdi.
Bakının təklifini şərh edən Zaxarova deyib ki, Moskva münaqişənin həllinə yönələn tərəflər arasında istənilən razılaşmaları dəstəkləyəcək.
“Ancaq razılaşma qarşılıqlı fəaliyyətdən ibarətdir. Təşəbbüs çox gözəldir, amma o, bütün tərəflərin razılığı ilə reallaşdırılmalıdır”, - XİN nümayəndəsi qeyd edib.
O, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyib. Nazirlərin görüşü bu ilin dekabrında Milanda ATƏT-in xarici işlər nazirlərinin iclası çərçivəsində baş tuta bilər.
Rəylər