Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.
APA-nın xəbərinə görə, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.
12:18
Leytenant Niftəliyev Ümüd Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
View this post on Instagram
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
- Vətən müharibəsinin 12-ci günü: Separatçıların liderlərindən biri məhv edilir - Foto/Video
- Vətən müharibəsinin 11-ci günü - Düşmənə sarsıdıcı zərbələr endirilir
- Vətən müharibəsinin 10-cu günü: Düşmənin mərkəzi silah-sursat anbarı darmadağın edilir - Foto/Video
Digər xəbərlər