Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Son üç il ərzində azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
“Son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb”.
“Report” xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Bir sözlə, ümumilikdə, 109 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 753 piyada əleyhinə mina, 18 531 tank əleyhinə mina və 60 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
Rəylər