Məşhur Amerika qəzeti “The Hill” Raul Louri Kontrerasın (Raoul Lowery Contreras) Azərbaycan qaçqınlarının Ermənistana qarşı iddiasına həsr edilmiş məqaləsini dərc edib.
Bu yaxınlarda İnsan haqları üzrə Avropa Məhkəməsi (İHAM) Laçın rayonunun qaçqınlarının “Çıraqov və digərləri Ermənistana qarşı” adı almış iddiası üzrə qərar qəbul edib, qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməkdə təqsirli olduğu qəbul edilir.
Müəllifin sözlərinə görə, İHAM Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər.
Kontreras deyir ki, 16-cı qərarına müvafiq olaraq İHAM Ermənistanı Azərbaycana qarşı törətdiyi işğalda və ölkənin 20 faiz ərazisini zəbt etməkdə təqsirli bilib.
İyunun 16-da Avropa Məhkəməsinin insan haqları üzrə böyük palatası Azərbaycandan olan məcburi köçkünlərin şikayəti üzrə qərar qəbul edib.
Laçın rayonunda öz evlərinə qayıda bilməyən azərbaycanlı məcburi köçkünlərin iddiası əsasında qaldırılan “Çıraqov və digərləri Ermənistana qarşı” işi 2005-ci ilin aprel ayından İnsan Haqları üzrə Avropa Məhkəməsində baxışda idi. 1992-ci ildə erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ucbatından onlar doğma torpaqlarından qaçmalı olublar.
Məqaləyə müvafiq olaraq, ermənilərin 1988-ci ilin fevral ayında azərbaycanlıları kütləvi qətlə yetirməsi, müstəqillik əldə edildikdən sonra Ermənistan və Azərbaycan arasında münaqişəyə gətirib çıxardı. Amma Avropa Məhkəməsinin iddiasına görə, Ermənistanın münaqişəyə fəal cəlb edilməsini Ermənistan hakimiyyətinin cari və sabiq üzvlərinin çoxsaylı və açıq çıxışları sübut edir.
“Dağlıq Qarabağ regionunun qanunsuz hakimiyyəti Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyini alır”, - məqalədə deyilir.