Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlamaq üçün hazırlıqların son mərhələsindədir.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O qeyd edib ki, “Zeytun budağı”, “Tel-Rifat” hərbi əməliyyatları sayəsində Suriyanın müvafiq regionlarında stabillik bərqərar edilib:
“Allahın köməyi ilə digər bölgələri terrorçulardan azad edəcəyik və onların təhlükəsizliyi təmin olunacaq. Bu gün təhlükəsizliyə təmin edilmiş ərazilərə Türkiyədən qayıdanların sayı dörd milyon nəfərə çatıb”.