Mənə dəlil lazım deyil, hər şeyi özüm görmüşəm.
Oxu.Az xəbər verir ki, Xocalı hadisələrinin şahidi ukraynalı pilot Leonid Kravets 24 il öncə baş verən faciədən danışıb.
“O zamanlar mən demək olar ki, hər gün Dağlıq Qarabağa uçurdum, hərbi qarşıdurma zonasından dinc əhalini çıxarırdım”, - Kravets cümə axşamı Bakıda mətbuat konfransında bildirib.
“Fevralın 27-də biz Gəncədən uçaraq Xocalının üzərindən keçdik və bu şəhərə hücum olduğunu bilmirdik. Hündürlükdən biz rəngbərəng sahə gördük. Bir az aşağı endikdə, biz bu sahəyə mülki vətəndaşların cəsədlərinin səpələndiyini gördük. Orda hələ də sağ qalanlar var idi, onları etrmənilər öldürürdü.
Silahlı adamlar bizim helikopterə atəş açdılar. Biz Gəncəyə qayıtdıq. Azərbaycanda heç kəs hələ bu faciə haqqında bilmirdi. Biz yerli hakimiyyətə məlumat verdik. Hadisə yerinə jurnalistləri göndərib, videoçəkiliş etmək əmri verildi”, - o deyib.
Kravets qeyd edib ki, bu hadisələri guya “azərbaycanlıların özlərinin törətdiyi” barədə şayiələr də gəlib ona çatıb.
“Mən şokda idim. Mən dinc əhalinin getməsi üçün ermənilərin dəhliz verdikləri barədə oxumuşdum. Amma bununla yanaşı, bu insanları məhv etmək üçün pulemyotdan istifadə ediblər”, - şahid qeyd edib.
“Bu tək Azərbaycanın ağrısı və faciəsidir”, - Kravets vurğulayıb.
Onun sözlərinə görə, əgər Xocalı üzrə beynəlxalq məhkəmə baş tutsa, o, şahid qismində çıxış etməyə hazırdır.
“Mənə dəlil lazım deyil, mən hər şeyi özüm görmüşəm, fotolar və video da var”, - o əlavə edib.