AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ haqqında məruzə və qərarlar dərc etməzdən öncə ATƏT-in həmsədrləri ilə məsləhətləşməlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, AŞPA Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması haqqında qətnamə qəbul edib.