ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnaməyə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, diplomat bununla bağlı “Twitter” səhifəsində yazı yerləşdirib.
“Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”, - Uorlik yazıb.