Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü şəhidimiz doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.
M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.
Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.