Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşü olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın ümumi konturları müəyyən edilərək hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

15:00
Bakı Ekspo Mərkəzində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiyanın Müdafiə naziri Zoran Corceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı müzakirə olunub.

13:59
Bu gün Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

A.M.