“Azərbaycan gələn il Rusiyanın dəstəyi ilə “Xəzər kuboku” beynəlxalq hərbi oyunlarını keçirməyə hazırdır”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü zamanı deyib.
O, Azərbaycan hərbçilərinin məmnuniyyətlə beynəlxalq hərbi oyunlarda iştirak etdiyini vurğulayıb: “Ümid edirəm ki, Rusiyanın texniki dəstəyi ilə “Xəzər Kuboku”nu Azərbaycanın ərazi sularında təşkil edəcəyik”.
A.M.